SİYASƏT


Avropa Mühafizəkarlar və İslahatçılar Qrupu: Seçicilərin azadlığı, sərbəstliyi tam təmin edilmişdi

Bakı, 12 aprel, AZƏRTAC 

Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun müşahidə missiyası aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, qrupun üzvləri Beata Sobkeviç və Rişard Çarnekski seçkilərin Azərbaycanın müvafiq qanunvericiliyinə uyğun keçirildiyini bildiriblər.

Müşahidə missiyasının üzvləri deyiblər: “Siyasi cəhətdən çoxşaxəli və rəqabətli mühit təmin olunmuşdu. Ümumi mühit sakit, proses beynəlxalq standartlara uyğun idi. Seçicilərin azadlığı, sərbəstliyi, səsvermənin gizliliyi tam təmin edilmişdi. Müşahidəçilər tərəfindən heç bir insident qeydə alınmadı. Biz səsvermə günü Seçki Məcəlləsinin pozulması faktına rast gəlmədik. Kənar müdaxilələr və seçicilərə hər hansı təzyiq hallarının şahidi olmadıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.