DÜNYA


Avropa Nüvə Tədqiqatları Mərkəzi yeni superkollayder tikəcək

Bakı, 17 yanvar, AZƏRTAC

Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) Böyük Adron Kollayderindən dörd dəfə böyük və altı dəfə güclü olacaq yeni hissəciklər sürətləndiricisinin tikintisi ilə bağlı planı əks etdirən hesabat təqdim edib.

AZƏRTAC “Belta” resursuna istinadən bildirir ki, texniki hesabatda Gələcək Dövri Kollayder (Future Circular Collider - FCC) üçün bir neçə ilkin layihə təklif olunur. Layihənin dəyəri 9-21 milyard avro arasında dəyişir.

Gözlənilir ki, Böyük Adron Kollayderinin yaxınlığında inşa ediləcək yeni kollayderin çevrəsinin uzunluğu təxminən 100 km təşkil edəcək. Kollayderdə tədqiqat işlərinə 2040-cı ildə başlamaq nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.