Avropa Oyunlarının məşəli Naftalandan da keçəcək
AzerTAg.az

Bakı, 5 mart, AZƏRTAC
Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında ölkəmizin ərazisində məşəlin aparılması üçün rayon və şəhərlərin müəyyənləşdirilməsi ilə əlaqədar xarici mütəxəssislərin yerlərə səfərləri çərçivəsində İngiltərədən dəvət olunmuş mütəxəssis Kler O Sallivan Naftalan şəhərində olub.
Naftalan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, onunla birgə Gənclər və İdman Nazirliyinin regionlarla iş və kadrlar şöbəsinin müdiri Asif Quliyev və Təşkilat Komitəsinin əməkdaşı Ozal Əliyev də şəhərə gəlib.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovla bu barədə müzakirələr aparılıb. Məlumat verilib ki, məşəlin şəhərin ərazisindən keçirilməsi üçün tələb olunan 20 nəfər məşəldar seçilib və digər lazımı işlər görülür.
Qeyd edək ki, I Avropa Oyunlarının məşəl estafeti aprelin 25-də başlayacaq və Azərbaycanın 51 şəhərindən keçəcək.
Xəbərin mətnində orfoqrafik səhv var