Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Avropa Oyunlarının standartları Azərbaycanın dinamikliyini əks etdirir

Avropa Oyunlarının standartları Azərbaycanın dinamikliyini əks etdirir

Bakı, 9 iyun, AZƏRTAC

Üçüncü Avropa Oyunlarının başlamasına sayılı günlər qaldığı bir zamanda onun məşəlinin ilk alovlandırıldığı Azərbaycan dünyada xüsusi minnətdarlıq hissi ilə xatırlanır, müasir müstəqil dövlətimizin inkişafı diqqət mərkəzinə gətirilir, son illər ölkəmizin əldə etdiyi nailiyyətlərdən söhbət açılır. Çünki “Odlar Yurdu” Azərbaycan “qoca qitə”nin adı ilə bağlı ilk Oyunları dünyaya planetar bir yarış, bunadək keçirilmiş Olimpiya Oyunlarından heç də geri qalmayan böyük idman mübarizəsi kimi təqdim edib. Avropa Oyunlarının standartlarını müəyyən etmək üçün şərəfli bir missiyanı yerinə yetirən Azərbaycan qitə idmanına əvəzsiz töhfələr verdi. Avropa Oyunlarının Azərbaycanın qədim və müqəddəs “Atəşgah” məbədində alovlandırılan məşəlinin şöləsi “köhnə dünya” sakinlərini əbədi olaraq bayram, ruhlandırma və birlik mesajı ilə bir araya gətirdi, sağlam rəqabət uğrunda mübarizəyə çağırdı.

Bu sözləri Azərbaycan Alpaqut Federasiyasının prezidenti, idman eksperti Qüdrət Nuriyev AZƏRTAC-a açıqlamasında deyib.

Azərbaycanın miqyasına görə Yay Olimpiya Oyunlarından sonra ən böyük beynəlxalq idman tədbirini – I Avropa Oyunlarını yüksək səviyyədə təşkil etdiyini deyən mütəxəssis bildirib: “Bu, Avropa idmanı üçün ədaləti bərpa edən qərar olub: “Digər qitələrin öz Oyunları olsa da, Olimpiya hərəkatının vətəni olan Avropada belə bir yarış yox idi. Azərbaycanın Olimpiya hərəkatının vətəni Avropaya belə bir möhtəşəm idman hadisəsini bəxş etməsi ilə qürur duyuruq. Bu günlərdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Azərbaycanda səfərdə olarkən 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunlarını məmnunluqla xatırladaraq qeyd edib ki, o, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi Oyunların açılış mərasiminin hələ də xoş təəssüratları altındadır. Şübhəsiz, dünyanın sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycanda Avropa Oyunlarının standartlarının ən yüksək səviyyəyə qalxması təbii idi. Çünki Avropa Oyunları üçün müəyyənləşdirilən standartlar Azərbaycanın dinamikliyini əks etdirir”.

Qüdrət Nuriyev bu gün Azərbaycanda bütün sahələrin yüksək səviyyədə inkişaf etdiyini, prioritet istiqamətlərdən olan idmanın tərəqqisi üçün görülən işlərdən danışıb. Qeyd edib ki, sağlam həyat tərzinin təbliği Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. İdmanla məşğul olmaq üçün hər cür şəraitin yaradılması təqdiredici haldır. Mükəmməl idman infrastrukturunun mövcudluğu ötən illərdə olduğu kimi, bu il də bir sıra mötəbər tədbirlər – o cümlədən Formula 1 kimi nüfuzlu yarışın, müxtəlif növlər üzrə dünya, Avropa çempionatlarının, dünya kuboku yarışlarının yüksək səviyyədə təşkilinə geniş imkanlar yaradıb. Hazırda Bakıda səfərdə olan Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Spiros Kapralos bildirib ki, Avropa Oyunlarının tarixi məhz Bakıda başlayıb. Azərbaycan yarışın təşkili ilə bağlı elə irs qoyub ki, sonrakı Oyunlara ev sahibliyi edəcək ölkələr ən azı Bakıdakı standartlara cavab verməyə çalışırlar. AOK-un prezidentinin bu fikri bir daha təsdiqləyir ki, Azərbaycanın müəyyənləşdirdiyi yüksək standartlar bir ilk kimi Avropa, bütün dünya üçün nümunəyə çevrilib.

“Artıq iki ildən çoxdur ki, xalqımız qalib, müzəffər xalq kimi yaşayır. Tarixi Zəfərimizlə hər birimiz fəxr edir, qürur duyuruq. Bu gün yetişən gənc nəsil bütün sahələrdə böyük uğurlar qazanır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bu barədə deyib: “Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi - bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi”. Dövlətimizin başçısının dediyi kimi, bizim hər birimiz öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq”, – deyə idman eksperti qeyd edib.

Azərbaycanın özünü dünyada güclü idman dövləti kimi təsdiqləməsi, bütövlükdə ölkəmizin dünya arenasında mövqeyinin ildən-ilə möhkəmlənməsi ilə qürur duyduğunu bildirən Q.Nuriyev deyib: “Bütün bunlar ölkəmizdə sabitlik, əmin-amanlıq, təhlükəsizliyin hökm sürdüyü bir zamanda geniş quruculuq işlərinin aparılması nəticəsində mümkün olub. İdmançılarımız beynəlxalq arenalarda mübarizə meydanlarına qalib ölkənin qalib vətəndaşları kimi mübarizə aparırlar. Məhz bu inam və qətiyyət sayəsində sonadək mübarizə aparan əzmkar idmançılarımız Azərbaycanın şöhrətini yüksəklərə qaldırırlar.

Azərbaycan idmançıları növbəti sınaq qarşısındadırlar. Bir neçə gündən sonra komandamız tarixi Azərbaycandan başlayan növbəti Avropa Oyunlarında iştirak edəcək. Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarında idmançılarımızdan yüksək nailiyyətlər gözləyirik. Çünki xalqımıza yalnız qələbələr yaraşır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Makron: Fransa bu ilin sonunadək Nigerdən qoşunlarını çıxaracaq

Füzulidə ər həyat yoldaşını qətlə yetirib

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi komanda hesabında dünya çempionu olub

Fransa Nigerdəki səfirini və diplomatlarını geri çağırır

Ukrayna ordusunun “Taurus”dan istifadə etmək üçün təlimi təxminən üç ay çəkəcək

Azərbaycan para-atleti dünya çempionatında qızıl medal qazanıb

Almaniya Ukraynaya pilotsuz uçan aparatlar tədarük edəcəyini açıqlayıb

Xankəndi şəhərinin Azərbaycan enerji sisteminə qoşulması təmin edilib

Zaur Nağıyev: Ölkəmizdə yelkən idman növünün inkişafına xüsusi diqqət yetirilir

Kolumbiya ordusu Karib dənizində 1 tondan çox kokain müsadirə edib

Niger Fransa təyyarələri üçün hava məkanını bağlayıb

Qızıl medal mükafatçısı: Bu duyğunu yaşamağı hər bir idmançıya arzulayıram

Bakıda yelkən üzrə ənənəvi Federasiya Kuboku yarışları keçirilib

Türkiyəli həkim: Texnologiyanın inkişafı, biliklərin artması xərçəng xəstələrinin müalicəsində müsbət nəticələr verir

Polşa Ukrayna taxılını Afrika və Asiyaya tranzit etməyə hazır olduğunu açıqlayıb

Rusiyada məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb, 20-dən çox yaralı var

Qarabağ bölgəsində silah-sursatın müsadirəsi davam edir VİDEO

“Kür” Avropa Kubokunda mübarizəni dayandırıb - YENİLƏNİB

Rusiyada baş verən yol qəzasında 3 nəfər ölüb, 17 nəfər xəsarət alıb

İran ilə Rusiya arasında Rəşt-Astara dəmir yolu xəttinin tamamlanmasına sərmayə yatırılması üçün müqavilə imzalanacaq

Çində mədəndə baş verən yanğında 16 nəfər ölüb

Yəmənin cənub-qərbində baş verən partlayışda 4 əsgər həlak olub

Bürünc medalçı: Turnir ölkəmizdə keçirildiyi üçün qalib olmaq istəyirdim

Zelim Kotsoyev “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb

DİN-in əməkdaşı: Bakı Atıcılıq Mərkəzində təşkilatçılıq yüksək səviyyədə idi

TƏBİB: Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub VİDEO

Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib VİDEO

Deputat Qənirə Paşayevanın müalicəsi ilə bağlı bütün zəruri tədbirlər görülür

Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib VİDEO

Papa Fransisk Ukraynaya silah yardımının dayandırılmasından məyusluğunu ifadə edib

Anım Günü ərəfəsində Qəbələdə şəhid ailələri ziyarət olunur

Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq

BMT: Fransa müstəmləkələri müstəmləkəçiliyə son qoymağı tələb edirlər

Dövlət qurumlarının əməkdaşları arasında atıcılıq üzrə yarışın qalibləri müəyyənləşib

Ulu Öndər Heydər Əliyev üçün səhiyyənin və tibb elminin inkişafı daim prioritet idi

Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib VİDEO

Azərbaycan Qafqazda sülhün və inkişafın təminatçısıdır

Kaledoniyalılar arzularını reallaşdırmaq üçün müstəqillik tərəfdarını senator seçdilər

DİN: Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək

İtaliya Senatında Corcio Napolitano üçün cənazə otağı açılıb

Siciliya adasında meşə yanğınları iki nəfərin ölümünə səbəb olub

Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Sabah Bakıda və bölgələrdə yağış yağacaq

FHN-nin xilasediciləri deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib VİDEO

Azərbaycan Aşıqlar Birliyinin katibi Bolnisinin fəxri vətəndaşı adına layiq görülüb

İcma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışını tənqid edib

Ümummilli Liderin xatirəsinə həsr olunan Böyük Dəbilqə turniri davam edir

Peru mətbuatında Qarabağ regionunda aparılan antiterror tədbirlərindən bəhs edilib

Azərbaycan parataekvondoçusu dünya çempionu olub

ABŞ-ın Atlanta şəhərində baş verən atışmada 3 nəfər ölüb

Türkiyənin İzmir şəhəri “Teknofest”ə hazırlaşır

Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən şirkətin ərazisində silah-sursat aşkar edilib VİDEO

Qərbi Azərbaycan İcması “Human Rights Watch” təşkilatının hesabatına sərt münasibət bildirib

Gürcüstanda zəlzələ qeydə alınıb

Günəbaxan sahələrində məhsuldarlıq artıb

Sentyabrın 24-ü Beynəlxalq Lal-Karlar Günüdür

Deputat: Azərbaycan Cənubi Qafqaz regionunda təhlükəsizlik arxitekturasını gücləndirir

Şəkidə tütünçülük sahəsində iki mindən çox sakinin məşğulluğu təmin olunub

Almaniya Polşa və Çexiya ilə sərhədlərə nəzarəti gücləndirir

Rus Dram Teatrında “Albalı bağı” tamaşasının premyerası olacaq

ABŞ prezidentliyinə namizəd: Ukraynanın NATO-ya daxil olması Vaşinqtonun maraqlarına cavab vermir

Livan sahillərində batan gəmidən 27 miqrant xilas edilib

BƏƏ İrandan körfəzdəki adalarının işğalına son qoymağı tələb edib

Roma Papası: Ukraynadakı müharibə həm də silah istehsalçılarına lazımdır

BMT-nin 78-ci sessiyasında söz və fikir azadlığı barədə səslənən fikirlər

İtaliya Avropada sığınacaq üçün ən çox müraciət edilən dördüncü ölkədir

ECO-ya üzv ölkələrin turizm nəzirlərinin Ərdəbildə görüşü keçiriləcək

Azərbaycanın və İranın XİN başçıları bölgədə son vəziyyəti müzakirə ediblər

Antonio Quterreş Qarabağdakı erməni silahlı birləşmələrinin tərk-silah prosesi barədə məlumatlandırılıb

Praqada Ermənistanın mina terroruna həsr olunmuş sərgi-aksiya təşkil edilib

Fransa vətəndaşları polis zorakılığına etiraz edirlər

Cəmil Quliyev: Həyatda ən çətin anlarımda Şahmar Ələkbərova müraciət etmişəm

Rusiya XİN-in başçısı: Sülhməramlılar Qarabağ erməniləri ilə Azərbaycan rəsmiləri arasında təmaslara kömək edirlər

Xalq artisti Şahmar Ələkbərovun xatirəsi anılıb

Sergey Lavrov: Azərbaycan ilə Ermənistan arasında etimadın möhkəmləndirilməsinin vaxtı gəlib çatıb

Dünya çempionatı: Erməniyə qalib gələrək finala çıxan Azərbaycan güləşçisi Olimpiadaya lisenziya qazanıb

Ağdərədə erməni sakinlər kütləvi şəkildə evləri yandırır VİDEO

Azərbaycan ilə Əlcəzair arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi vacibdir

Birləşmiş Krallığın dövlət naziri antiterror tədbirlərinin məqsəd və nəticələri barədə ətraflı məlumatlandırılıb

Nazir: Münaqişə zamanı itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyi məlum deyil VİDEO

DİN: Qarabağda yaşayan erməniəsilli sakinlərin vətəndaşlıq məsələlərinə baxılması işi diqqətdə saxlanılır

Elşad Hacıyev: Qarabağda mülki əhaliyə qarşı xoşagəlməz halların baş verməməsi üçün bütün tədbirlər görülür

Anar Eyvazov: Qarabağda yaşayan azərbaycanlı və erməni sakinlərin təhlükəsizliyinə zəmanət veririk

XİN: Azərbaycan Ermənistanla əsl dialoqa və danışıqlara hazır olduğunu bir daha təsdiqləyir

BBC radiosunda Azərbaycanın antiterror tədbirlərindən sonra humanitar vəziyyətin yaxşılaşdırılması üçün atdığı addımlardan danışılıb

Ceyhun Bayramov: Otuzillik hərbi işğala baxmayaraq, Azərbaycan normallaşma gündəliyi təşəbbüsü ilə çıxış edib VİDEO

Nazir: Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu daha da genişlənib

Nazir: Azərbaycan çoxtərəfli sistemin fəallaşmasının və islahatların aparılmasının tərəfdarıdır

XİN: Azərbaycan beynəlxalq həmrəyliyi və çoxtərəfliliyi təşviq etmək üçün səylərini əsirgəmir

Ceyhun Bayramov: Azərbaycan hökuməti qlobal təşəbbüslər vasitəsilə mədəniyyətlərarası və dinlərarası dialoqu ardıcıl surətdə təşviq edir

DİN: Qarabağın tam dekriminallaşması işi davam edir

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə görüşüb

Riçardas Lapaytis: Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq

Anar Eyvazov: Azərbaycan Ordusu hazırda silahların və döyüş sursatlarının qəbul edilməsi prosesini aparır

Müdafiə Nazirliyi Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursatın siyahısını açıqlayıb VİDEO

Anar Eyvazov: Azərbaycan Ordusu antiterror tədbirləri zamanı dəqiq silahlarla yalnız legitim hərbi hədəfləri zərərsizləşdirib

Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər VİDEO  YENİLƏNİB

Zelim Tçkayev “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

Hidayət Heydərov: Azarkeşlərin ümidini doğrultdum

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib  YENİLƏNİB VİDEO