DÜNYA


Avropa Parlamenti bir daha ABŞ-ı Bolqarıstan vətəndaşları üçün vizanı ləğv etməyə çağırıb

Sofiya, 8 oktyabr, AZƏRTAC

Avropa Parlamenti bir daha ABŞ-ı Bolqarıstan üçün viza rejimini ləğv etməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, Avropa Parlamentinin deputatları xorvat həmkarları Tonino Pizulanın ABŞ ilə gələcək münasibətləri ilə bağlı hesabatı qəbul etdilər.

Avropa Parlamenti Vaşinqtonu Bolqarıstan, Kipr və Rumıniyaya vizasız səyahət proqramına qoşulma prosesini sürətləndirməyə çağırır.

2020-ci ilin sonunda Avropa Komissiyası ilk dəfə olaraq Bolqarıstan və Rumıniya vətəndaşlarının ABŞ vizası üçün müraciətlərə aldıqları imtina cavablarının sayının 10 faizdən az olduğunu qeyd edib. Lakin ABŞ-ın ölkələrlə viza rejiminin ləğvi ilə bağlı tələbləri müraciətlərin 3 faizdən az imtina olunmasını tələb edir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.