DÜNYA


Avropa Parlamentinin sədr müavini korrupsiyaya görə saxlanılıb

Avropa Parlamentinin sədr müavini korrupsiyaya görə saxlanılıb

Bakı, 9 dekabr, AZƏRTAC

Avropa Parlamentinin sədr müavini Eva Kaili Belçika paytaxtında Brüsseldə cari dünya çempionatı ilə bağlı korrupsiya işi əlaqədar saxlanılıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bundan əvvəl Belçika prokurorluğu polisin xüsusi əməliyyat zamanı keçmiş Avropa Parlamentinin deputatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti də daxil olmaqla 4 nəfərin saxlanıldığı barədə məlumat verib.

Eyni zamanda, “Politico” qəzeti Qətərin Avropa Parlamentində lobbiçilik fəaliyyəti ilə bağlı araşdırmalar çərçivəsində Belçika polisinin Brüssel və onun ətrafında 16 evdə axtarış apardığını və ən azı 4 nəfəri saxladığını bildirib. Qeyd olunur ki, reydlər parlament üçün böyük qalmaqala səbəb ola bilər.

Belçika federal prokurorluğunun açıqlamasında qeyd edilir ki, axtarışlar “cinayətkar təşkilat, korrupsiya və çirkli pulların yuyulması” ilə bağlı istintaq çərçivəsində aparılıb və ilk növbədə parlament üzvlərini hədəf alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.