İQTİSADİYYAT
Avropa Parlamentinin üzvləri AZPROMO-da olub
Bakı, 24 sentyabr, AZƏRTAC
Avropa Parlamentinin Kənd, dağlıq və ucqar ərazilər və ağıllı kəndlər üzrə interqrupunun sədri Frank Boqoviçin rəhbərlik etdiyi nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) olub.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, agentliyin rəhbəri Yusif Abdullayev ölkəmizin biznes və investisiya imkanları, hazırlanan Milli İxrac Strategiyası barədə məlumat verib, AZPROMO-nun İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) üzvü olduğunu diqqətə çatdırıb. Görüşdə kənd təsərrüfatı, turizm və enerji sektorlarında investisiya imkanları barədə fikir mübadiləsi aparılıb, Azərbaycanda “ağıllı” kəndlərin qurulması layihəsi qarşı tərəfin böyük marağına səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [18:10]
® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ
- 23.04.2024 [16:27]
® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib
- 23.04.2024 [16:20]
Bakının daha bir prospektində velosiped yolu salınır
- 23.04.2024 [16:11]
Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb
- 23.04.2024 [14:44]