İQTİSADİYYAT


Avropa Pul Viktorinasının seçim turunda iştirak etmiş şagirdlər üçün təlim təşkil olunub

Bakı, 15 may, AZƏRTAC

“Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Banklar Assosiasiyası (ABA) və “Kapital Bank” ASC-nin təşkilatçılığı ilə mayın 14-də “Human Kapital Center”də Avropa Pul Viktorinasının seçim turunda iştirak etmiş, ikinci mərhələyə keçmiş 70 şagirdə rəqəmsal maliyyə texnologiyaları və startaplar haqqında interaktiv təlim keçirilib.

ABA-dan AZƏRTAC-a bildirilib ki, təlimdə “IT karyera yolu” və “Dünya pulları” mövzuları üzrə interaktiv seminarlar təşkil edilib. Bundan əlavə, şagirdlərə maliyyə və rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən startaplar barədə geniş məlumat verilib, təlim zamanı yaranmış suallar ətraflı cavablandırılıb.

Seminarlarda təlimçi qismində İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin, “Dərs Evi” tədris mərkəzinin və “Bd Kids” təşkilatının mütəxəssis və müəllim heyəti çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.