İQTİSADİYYAT
Avropa-Qafqaz-Asiya dəhlizi ilə ötən il 52733,2 min ton yük daşınıb
Bakı, 15 fevral, AZƏRTAC
2017-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 52733,2 min ton, yük dövriyyəsi isə 11427,3 milyon ton-kilometr olub.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yüklərin 32235,7 min tonu və ya 61,1 faizi avtomobil nəqliyyatı, 13074,2 min tonu və ya 24,8 faizi dəmir yolu nəqliyyatı, 7423,3 min tonu və ya 14,1 faizi dəniz nəqliyyatı ilə daşınıb.
2016-cı illə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 4,8 faiz artım müşahidə olunub.
Dəhliz vasitəsilə daşınmış yüklərin 19,3 faizini və ya 10186,6 min tonunu tranzit yüklər təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]