İQTİSADİYYAT


Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 18,8 milyon ton yük daşınıb

Bakı, 20 iyul, AZƏRTAC

Cari ilin yanvar-may aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 18,8 milyon ton, yük dövriyyəsi isə 4 milyard 179,1 milyon ton-kilometr olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 11,2 milyon tonu və ya 59,6 faizi avtomobil nəqliyyatı, 5,4 milyon tonu və ya 28,9 faizi dəmir yolu nəqliyyatı, 2,1 milyon tonu və ya 11,5 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 19,5 faizini və ya 3 milyon 677,7 min tonunu tranzit yüklər təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.