CƏMİYYƏT


Avropa Qida Təhlükəsizliyi Qurumunun nümayəndələri ilə görüş keçirilib

Bakı, 18 fevral, AZƏRTAC

Qida Təhlükəsizliyi İnstitutu ilə Avropa Qida Təhlükəsizliyi Qurumunun (EFSA) nümayəndələri arasında videokonfrans formatında növbəti görüş keçirilib.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə institutda qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə aparılan və planlaşdırılan elmi-tədqiqat işləri ilə əlaqədar məlumat verilib. Eyni zamanda, institutda həyata keçirilən tədqiqat işləri və peşəkar kadrların formalaşdırılması istiqamətində EFSA-nın dəstəyinin təmin edilməsinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə iki qurum arasında Anlaşma Memorandumunun imzalanmasına dair müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.