SİYASƏT
Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının gündəliyi açıqlanmışdır
Paris, 21 dekabr (AZƏRTAC). Avropa Şurası Parlament Assambleyası (AŞPA) bürosu qurumun qış sessiyasının gündəliyini açıqlanmışdır.
2013-cü il yanvar ayının 21-25-də keçiriləcək qış sessiyasının ilk günü AŞPA sədrinin və sədr müavinlərinin seçkiləri ilə başlayacaqdır. Bu məsələdən sonra deputatların müzakirəsinə çıxarılacaq gündəliyin təsdiqi ətrafında fikir mübadiləsi aparılacaq, büro və daimi komitənin, habelə Nazirlər Komitəsi sədrinin hesabatları dinləniləcəkdir.
Yanvarın 22-də avropalı deputatlar “Kosovoda vəziyyət”, “Avropa Şurasının baş katibi ilə əlaqə”, “Avropa İnkişaf və Yenidənqurma Bankının fəaliyyəti”, “Gürcüstan və Rusiya: münaqişə
və müharibəyə məruz qalan regionlarda humanitar vəziyyət”, “Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti”, “Azərbaycanda siyasi məhbus məsələsi”, “İnsan orqanlarının trafiki ilə mübarizəyə dair AŞ Konvensiyasına qoşulma” məsələlərini müzakirə edəcəklər.
Sessiyanın sonrakı günlərində “Avropada media azadlığının vəziyyəti”, “Bolqarıstanın AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti”, “Gender bərabərliyi” və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaqdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris