Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Avropa Şurası onlayn mediada sui-istifadə hallarından narahatdır

Avropa Şurası onlayn mediada sui-istifadə hallarından narahatdır

Strasburq, 25 yanvar, AZƏRTAC

İnternetin bütün dünyanı daha çox əhatə etdiyi, onlayn medianın yeni inkişaf mərhələsinə yüksəldiyi müasir dövrdə uğurlarla yanaşı, ciddi problemlər də ortaya çıxır. Bu səbəbdən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının üçüncü iş günündə “Onlayn media və jurnalistika: çağırışlar və vəzifələr”, “Kiberdiskriminasiyaya və onlayn nifrətə son qoymaq” adlı məruzələrlə bağlı müzakirələr keçirildi.

Müzakirələrə qoşulan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov ilk növbədə internetin, onlayn medianın getdikcə həyatımızın ayrılmaz parçasına çevrilməsindən danışıb. O deyib: “Möcüzələrin əhatəsində yaşayırıq və qeyri-adiliklərə o qədər adət etmişik ki, onlar bizi daha təəccübləndirmir. Amma 30 il əvvəl dünya başqa cür idi və informasiyanın həmin dövrdəki hərəkət sürəti indiki ilə müqayisə edilə bilməz. Məktub yazıb göndərir, ünvanın uzaqlıq dərəcəsindən asılı olaraq günlər, bəzən həftələrlə cavab gözləyirdik. Qəzetə məqalə yazırdıq, radioya, televiziyaya veriliş hazırlayırdıq, bu beyin məhsullarının insanlara çatması xeyli zaman aparırdı. İndi az qala hər adam özü təkbaşına redaksiya, informasiya agentliyi ola bilir. Hər kəs evindən öz fərdi studiyasındakı kimi birbaşa efirə çıxa, internet resursları, sosial şəbəkə vasitəsilə hər cür nəzarətdən azad şəkildə sözünü, səsini dünyanın istənilən nöqtəsinə, milyonlarla insana çatdıra bilir”.

Rafael Hüseynov bu çox faydalı olan texnoloji tərəqqi amillərinin müəyyən təhlükələr doğurmasına da diqqəti çəkib. Bildirib ki, söz, fikir, ifadə azadlığı üçün ən ideal meydan mövcuddur. Amma bu ideal imkanın böyük qüsurları, hətta təhlükələri var. İnformasiyanı yayan nə qədər obyektiv və ədalətlidir, əxlaqi baxımdan nə qədər dürüstdür, onun məqsədi nə qədər ziyansız və xeyirxahdır, yaydığı məlumatlar nə qədər həqiqətə uyğundur? Nəhayət, hər yaza bilənin media məkanında informasiya ötürücüsünə çevrilməsi İblisə xidmətə də asanca yönələ bilirsə, bu nəzarətsiz qulyabanı daha çox böyüdükcə, qüvvətləndikcə, sürətləndikcə nə vəd edir? Quruculuğa, yaratmağa, cəmiyyətin tərəqqisinə daha artıq xidmət, ya parçalayıcıya, dağıdıcıya, nifrət körpüsünə çevrilmək qorxusu. Təxminən elə atom enerjisi kimi – onun həm yaxşı, həm müdhiş üzü var. Lakin atom enerjisini, ondan istifadəni nəzarətdə saxlayan ümumdünya mexanizmləri yetərincədir. Bu nöqteyi-nəzərdən də internet, önləyən media – onlayn media, virtual informasiya mübadiləsi meydanı daha cilovsuz və tam sərbəstdir. Hər an həm də hər cür fəsadlar törətməyə qadir olan gücdür. Bunca universal, möhtəşəm bir güc əsl jurnalistin, alimin, yazıçının ixtiyarında ikən bəşəriyyətə işıq verə bilən nüvə enerjisidirsə, internet eyni rahatlıq və asanlıqla bir terror mərkəzinin, təxribatçının, mənəvi şikəstlərin iradəsi ilə istifadə olunanda kütləvi şəkildə tar-mar edən nüvə silahına bərabərdir.

Rafael Hüseynov Azərbaycanda azad internetin mövcudluğu üzərində dayanaraq bu istiqamətdə Avropada və dünyada mövcud olan problemlərin bizdən də yan keçmədiyini söyləyib. Qeyd edib ki, Azərbaycanın bütün ərazisi azad internetlə təmin olunub. Ölkədə internet məkanının tam sərbəst olmasını səbəbsiz yerə yada salmır. Ayrı-ayrı ölkələrdə internetdən ciddi istifadə məhdudiyyətlərinin qoyulmasını şəxsən müşahidə edib. Lakin başqa yerlərdə olduğu kimi, ölkəmizdə də internetdən istifadədə, onlayn media vasitəsilə tirajlanan informasiyada saxtakarlığın, böhtanın, qızışdırıcılığın, təhqirin baş alıb getdiyini də görür. Mənşəyi naməlum profillər yaratmaq, yalançı adlarla cəmiyyəti çaşdıran məlumatları, məqalələri, video və audio süjetləri internet fəzasına ötürmək mütəmadi hal alıb. Bu, arzuolunmaz təmayüllərin qarşısını dərhal, qətiyyətlə və əsaslı şəkildə almağın təsirli mexanizmləri isə ortada yoxdur. Bir bloqqer internet efirinə çıxır, süjetlər yayır. Zahirən ağlabatan tənqid olduğunu sezirsən. Lakin bunu da görürsən ki, o, elə məxfi materiallardan, özünün heç də asanca əldə edə bilməyəcəyi videomateriallardan yararlanıb ki, bunu yalnız həmin bloqqerə xüsusi xidmət orqanları ötürə bilərdilər. Belə şübhələr varsa, dövlətin təhlükəsizliyi maraqları baxımından mütləq araşdırma aparılmalıdır. Fəaliyyətində hansısa xüsusi xidmətlərlə əlaqələr olması ehtimalı ilə həmin bloqqer saxlanılanda, təhqiqat üçün müsahibəyə dəvət ediləndə əks-səda beynəlxalq təşkilatlardan gəlməyə başlayır. İnsan haqları üzrə qurumlar, jurnalist təşkilatları, çeşidli demokratiya təsisatları xorla həmin bloqqeri müdafiəyə qalxır, siyasi məhbus, vicdan məhbusu elan etməyə tələsir, məhz tənqidi dediyinə, yazdığına, yəni, ifadə azadlığından yararlandığına görə təqib edildiyini iddia edirlər. Zənnimcə, belə hallarda tələsmədən, hissə qapılmadan hər konkret hal ayrıca araşdırılmalı, yalnız bundan sonra qərar verilməlidir. Onlayn media məhz bu halda da eyni müvəffəqiyyətlə həm konstruktiv, həm destruktiv rol oynamaq imkanına malikdir. Onlayn medianın yaşayıb inkişaf etməsi üçün yeganə doğru yol məsuliyyət duyğusunun daim artırılması, hər kəsin yalnız oxucu, dinləyici, tamaşaçı olaraq qalmaması, həm də hər kəsin ədalətli münsifə, insaflı redaktora çevrilərək prosesləri izləməsidir.

Deputat Rafael Hüseynov mövzu ilə bağlı mülahizələrini yekunlaşdırarkən internetin, onlayn medianın əslində bir sərvət olduğunu qeyd edib, onu mövcud sui-istifadə hallarından qorumağın zəruriliyini vurğulayıb: “İnternet, onlayn media bəşəriyyətin, hamımızın sərvətidir. Elə insanlıq naminə qoymayaq ki, sərvətimiz öz əleyhimizə işləyən dəhşətə çevrilsin”.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir VİDEO

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub VİDEO

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir