CƏMİYYƏT


Avropa Şurasında gənclər işində beynəlxalq təcrübələrin tətbiqi imkanları müzakirə olunub

Avropa Şurasında gənclər işində beynəlxalq təcrübələrin tətbiqi imkanları müzakirə olunub

Bakı, 16 mart, AZƏRTAC

Fransanın Strasburq şəhərində Avropa Şurasının (AŞ) Gənclərlə iş üzrə Avropa İdarəetmə Komitəsinin 70-ci və Gənclərlə iş üzrə Birgə Şuranın 48-ci növbəti iclasları keçirilib. Tədbirdə Gənclər və İdman Nazirliyini Gənclərlə iş şöbəsinin əməkdaşı Nisə Paşayeva təmsil edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, keçirilən iclaslar gənclər işində beynəlxalq təcrübələrin tətbiqi imkanlarının genişləndirilməsi, AŞ üzv ölkələri ilə gənclər proqramları çərçivəsində əməkdaşlıq üçün kommunikasiyanın inkişaf etdirilməsi və AŞ üzv ölkələrinin gənclər siyasətinin uğurlu fəaliyyət modellərinin və bu sahədə ən son yeniliklərin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Tədbir çərçivəsində AŞ-nin Nazirlər Komitəsinin gənclərlə bağlı müxtəlif illərdə qəbul etdiyi tövsiyələrin gənclər işinə məsul qurumlar tərəfindən tətbiq edilməsi ilə bağlı sorğu və sual-cavab sessiyaları keçirilib. Avropa Şurası xüsusi əməkdaşlıq proqramlarından biri olan “Gənclərin mobilliyi üzrə Hissəvi Saziş” ilə bağlı keçirilən iclasda Sazişə dair gənclər kartının üzv ölkələrdə tətbiqi mexanizmləri və kart sxeminin inkişafının mümkün imkanları, eləcə də Azərbaycanda tətbiqinin perspektivləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.