SİYASƏT


Avropa Şurasının baş layihə rəhbəri Milli Məclisdə olub

Bakı, 19 iyun, AZƏRTAC

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva iyunun 18-dən 21-dək Azərbaycanda fakt araşdırıcı səfərdə olan Avropa Şurasının baş layihə rəhbəri Naomi Trevinnardın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AZƏRTAC-a parlamentin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu səfər Avropa Şurasının “Avropada uşaqların onlayn istismarı və aldadılması” adlı layihəsi çərçivəsində həyata keçirilir.

Söhbət zamanı Azərbaycanda uşaqların onlayn istismarı və aldadılması ilə bağlı müvafiq qanunvericilik, siyasət və təcrübə sahəsində boşluqların təhlili ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Görüşdə Avropa Şurasının Bakı ofisinin rəhbəri səfir Zoltan Hernyeş də iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.