ELM VƏ TƏHSİL


Avropa Tədqiqat Şurası elmi tədqiqatçılar üçün qrantlar elan edir

Bakı, 8 yanvar, AZƏRTAC

Avropa Tədqiqat Şurası (European Research Council, ERC) tədqiqatçılar üçün müxtəlif elm sahələrində yeni imkanlar və istiqamətləri müəyyənləşdirməyə imkan verən qrantlar təqdim edir.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildiriblər ki, ERC-nin məqsədi rəqabətli maliyyələşdirmə yolu ilə Avropada keyfiyyətli tədqiqatları təşviq etmək və elmi mükəmməllik əsasında bütün sahələr üzrə tədqiqatçıların apardıqları elmi araşdırmaları dəstəkləməkdir.

Qeyd edək ki, ERC Avropadakı digər milli tədqiqat maliyyə qurumlarını dəstəkləyir və Avropa Birliyinin 2014-2020-ci illər üzrə tədqiqat proqramı olan “Horizon 2020”nin əsas flaqmanıdır.

Qrantlar barədə ətraflı məlumatla https://erc.europa.eu/ linkində tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.