DÜNYA


Avropa Xarici Əlaqələr Şurası Bosniya və Herseqovinadakı sülhməramlı missiyanın səlahiyyət müddətinin uzadılmasının tərəfdarıdır

Sarayevo, 20 oktyabr, AZƏRTAC

Avropa Xarici Əlaqələr Şurası (ECFR) Avropa İttifaqının (Aİ) Bosniya və Herseqovinadakı sülhməramlı missiyasının (EUFOR “Althea”) səlahiyyət müddətinin daha bir il uzadılması qərarını dəstəkləyib.

AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovinanın Aİ-yə inteqrasiyası perspektivini dəstəkləyən şura ölkədəki siyasi böhranın davam etməsindən narahatlığını ifadə edib. Bosniya və Herseqovinada sülhün qorunmasına töhfə vermək üçün “Althea” missiyasının fəaliyyətinin davam etməsinə Avropa Xarici Əlaqələr Şurasının dəstəyi ifadə olunub.

EUFOR “Althea” missiyasının səlahiyyət müddətinin daha bir il uzadılması ilə bağlı qərar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən də dəstəklənməlidir ki, qüvvəyə minsin. BMT Təhlükəsizlik Şurasının müvafiq sessiyası noyabr ayında keçiriləcək.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.