SİYASƏT


Avropa Xəbər Agentliyi Gəncənin atəşə tutulmasından yazır

Riqa, 11 oktyabr, AZƏRTAC

Avropa Xəbər Agentliyi xüsusi müxbiri Karlo Marinonun Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması barədə məlumatını yerləşdirib.

AZƏRTAC xəbər verir ki, jurnalist Avropa ictimaiyyətini Ermənistan silahlı qüvvələrinin Gəncənin atəşə tutması nəticəsində 9 dinc sakinin həlak olması, 34 nəfərin yaralanması, həmçinin çoxsaylı yaşayış binalarına və müxtəlif təyinatlı obyektlərə ziyan dəyməsi ilə bağlı məlumatlandırıb. Qeyd olunub ki, döyüş meydanında Azərbaycan Ordusuna məğlub olan Ermənistan silahlı qüvvələri mülki obyektləri və dinc əhalini hədəfə alır, bununla da atəşkəs rejimini kobud şəkildə pozur.

Qeyd edək ki, müəllif Roma Papası Fransiskin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü barədə fikirlərinə də yer verib.

 

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.