SİYASƏT


Avropa Xəbər Agentliyi Hikmət Hacıyevin Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti barədə açıqlamasını dərc edib

Riqa, 15 sentyabr, AZƏRTAC

Avropa Xəbər Agentliyinin İtaliya üzrə xüsusi müxbiri, “Eurasiaticanews” portalının rəhbəri Karlo Marino sözügedən agentlikdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni məskunlaşma siyasəti ilə bağlı AZƏRTAC-a açıqlamasını dərc edib (https://www.european-news-agency.de/politik/statement_by_hikmat_hajiyev_azeri_foreign_affairs_-79186/).

Yazıda Azərbaycanın işğal olunmuş ərazilərinə son günlər Livandan olan ermənilərin köçürülməsindən bəhs edilib. Qeyd olunur ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir.

Bildirilir ki, Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edir. Bununla da Ermənistan onun üçün heç bir mənəvi dəyərlərin olmadığını nümayiş etdirir.

Xüsusilə vurğulanır ki, işğal olunmuş ərazilərimizdə məskunlaşdırılmış əhali faktiki olaraq Ermənistanın məsuliyyətsiz, avantürist siyasətinin qurbanına çevrilir. Hamı bilməlidir ki, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir hüquqi qüvvəsi yoxdur və Azərbaycan onun nəticələrini tamamilə rədd edir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.