İQTİSADİYYAT


Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanla enerji sektorunun digər istiqamətləri üzrə əməkdaşlıqda maraqlıdır

Bakı, 19 fevral, AZƏRTAC

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanla enerji sektorunun digər istiqamətləri üzrə əməkdaşlıqda maraqlıdır.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Pərviz Şahbazovla Cənub Qaz Dəhlizi Məşvərət Şurasının beşinci iclası çərçivəsində ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının davamlı infrastruktur qrupunun icraçı direktoru xanım Nandita Parşadın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə enerji sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Bankın Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsində iştirakı yüksək qiymətləndirilib.

Cənub Qaz Dəhlizini Avropa üçün mühüm enerji layihəsi kimi dəyərləndirən N.Parşad bildirib ki, təmsil etdiyi bank Azərbaycanla enerji sektorunun digər istiqamətləri üzrə də əməkdaşlıqda maraqlıdır.

Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Energetika Nazirliyi arasında texniki dəstək çərçivəsində həyata keçirilən layihələrdən danışan P.Şahbazov deyib ki, bu layihələr bərpaolunan enerjidən geniş istifadənin təmin edilməsi üçün mühüm əhəmiyyət daşıyır. Bərpaolunan enerji layihələrinin dəstəklənməsi üçün şəbəkənin gücləndirilməsi layihəsi artıq icra mərhələsindədir. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstəklə bağlı da Avropa Yenidənqurma və İnkişaf Bankı ilə sıx əməkdaşlıq edilir.

Söhbət zamanı gələcəkdə Azərbaycanda həyata keçiriləcək bərpaolunan enerji mənbələri ilə bağlı layihələrə bankın investisiya qoyuluşunu dəstəkləməsi, bərpaolunan enerjidən istifadə sahəsində aparıcı ölkələrlə təcrübə mübadiləsinə dair məsələlər də nəzərdən keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.