Avropa Yenidənqurma və İnkişaf Bankı Özbəkistana 521 milyon dollar ayırıb
AzerTAg.az
Daşkənd, 16 yanvar, АZƏRTAC
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) pandemiya ilə əlaqədar iqtisadiyyata dəyən zərəri qarşılamaq üçün Özbəkistan iqtisadiyyatına 521 milyon dollar ayırıb.
AZƏRTAC EBRD-nin Özbəkistandakı nümayəndəliyinə istinadla xəbər verir ki, bu vəsait ölkə iqtisadiyyatının müxtəlif sahələri üzrə 18 layihənin icrasına yönəldiləcək. Bunlar arasında bank sektoru, kiçik və orta biznesin inkişafı, bərpaolunan enerji mənbələri, infrastruktur və digər sahələr var.
Bildirilir ki, indiyədək EBRD Özbəkistan iqtisadiyyatının müxtəlif sahələri üzrə 92 layihəyə 2 milyard avrodan çox vəsait ayırıb.
2020-ci ildə EBRD pandemiya ilə əlaqədar müxtəlif ölkələrdə 411 layihənin həyata keçirilməsinə 11 milyard avro vəsait yönəldib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Xəbərin mətnində orfoqrafik səhv var