İQTİSADİYYAT


Avropa bazarına daxil olmaq istəyən startaplar üçün “Discover Europe” adlı layihə təqdim ediləcək

Avropa bazarına daxil olmaq istəyən startaplar üçün “Discover Europe” adlı layihə təqdim ediləcək

Bakı, 30 mart, AZƏRTAC

İnnovasiyalar Agentliyi və “Startup Campus” Avropa bazarına daxil olmaq istəyən startaplar üçün “Discover Europe” adlı layihəsini təqdim edir.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində startaplar müxtəlif biznes, investor və mentorlarla tanış olacaq, öz layihələri ilə bağlı dəyərli mütəxəssis rəyləri ala biləcəklər.

Qeyd edək ki, “Startup Campus” innovativ bizneslərə ideya mərhələsindən başlayaraq bir sıra beynəlxalq proqramlar təklif edən biznes inkubatordur. İnkubatorun əsas məqsədi öz biznesinizi qlobal olaraq inkişaf etdirmək istəyən startaplara bu yöndə dəstək olmaqdır.

“Discover Europe” proqramı haqqında ətraflı məlumat almaq və proqramla bağlı suallarınızı ünvanlamaq üçün martın 30-u saat 16:30-da onlayn infosessiyaya qatıla bilərsiz. İnfosessiyada iştirak üçün sadəcə linkə daxil olaraq qeydiyyatdan keçməyiniz kifayətdir: https://forms.gle/gf3rBFeNJaVvN89f7

İnfosessiya ingilis dilində baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.