İDMAN


Avropa birinciliyi: Bir boksçumuz finala, ikisi yarımfinala yüksəlib

Bakı, 18 avqust, AZƏRTAC

Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyində 1/4 final mərhələsi başa çatıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 28 ölkədən 378 idmançının qatıldığı yarışda Azərbaycan millisinin daha iki idmançısı yarımfinalda iştirak hüququ qazanıb.

Yığma üzvü Sübhan Babayev (44 kq) Emanuel Kioabadan (Rumıniya) sonra gürcüstanlı Tsotne Muntçavadan da güclü olub. O, bu görüşü vaxtından əvvəl hesabına yazıb. Boksçumuz ikinci raundda tam üstünlüklə qələbə qazanıb. Bununla özü üçün ən azı bürünc medalı təmin edən Babayev 1/2 finalda Georgi Ralfla (İngiltərə) üz-üzə gələcək.

Bağır Əlimxanlı (46 kq) Oskaras Pliauqanı (Litva) mübarizədən kənarlaşdırdıqdan sonra 1/4 finalda ukraynalı Starik İllya ilə qarşılaşıb. O, rəqibini 5:0 (30:27, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. Artıq özü üçün bürünc medalı təmin edən Əlimxanlı yarımfinalda Mixael Xamesi (İngiltərə) sınağa çəkəcək.

Əli Məmişov (70 kq) isə adını finala yazdırıb. Orestas Staponkus (Litva) və Niko Qoretaya (Xorvatiya) qalib gələn idmançı yarımfinalda yunanıstanlı Nikalaos Bliatzeni də məğlub edib. Təmsilçimiz 3:2 (28:29, 29:28, 29:28, 29:28, 27:30) hesablı qələbə sayəsində həlledici görüşə yüksəlib. O, çempionluq uğrunda Giorgi Biqvava (Gürcüstan) ilə qüvvəsini sınayacaq.

Onlardan fərqli, Kənan Aslanlı (60 kq) və İsmayıl Vəliyev (63 kq) medalın bir addımlığında büdrəyib.

Qeyd edək ki, daha öncə Banuçiçək Nəsirli (44 kq) də Avropa birinciliyinin yarımfinalında iştirak hüququ qazanıb. Birincilikdə qaliblər avqustun 20-də bəlli olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.