İDMAN


Avropa birinciliyi: Bu gün daha iki cüdoçumuz mübarizəyə qoşulub

Bakı, 25 iyun, AZƏRTAC

Xorvatiyada cüdo üzrə Avropa birinciliyi davam edir.

AZƏRTAC xəbər verir ki, yarışın üçüncü günündə 2 idmançımız Camal Baxışov (81 kq) və Ramazan Əhmədov (+90 kq) mübarizəyə qoşulacaq. İlk görüşündə C.Baxışov Monteneqro təmsilçisi Vidak Milyenoviklə qarşılaşacaq. R.Əhmədovun rəqibi isə latviyalı idmançı Yanis Strazinds olacaq.

Qeyd edək ki, ötən iki günün nəticələrinə görə, komandamız 3 qızıl, 1 gümüş və 4 bürünc medalla ümumi hesabda liderliyini davam etdirir.

Yarışda ölkəmizi 4 qız və 10 oğlan cüdoçu təmsil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.