İDMAN


Avropa çempionatı: Bu gün daha 3 fudokançımız mübarizə aparacaq

Bakı, 6 oktyabr, AZƏRTAC

Polşanın Katovis şəhərində fudokan döyüş növü üzrə 25-ci Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, bu gün şobu ippon versiyasında Ülvi Məmmədov, Əsəd İmanov və Nicat Əsədov mübarizəyə qoşulacaqlar.

Bundan əvvəl fudokançılarımızdan uşaqlar arasında Elməddin Səlimli qızıl, 18-21 yaşlı idmançılar arasında Əsəd İmanov gümüş, Nicat Əsədov isə bürünc medal qazanıblar.

Azərbaycan komandası şəxsi kumite yarışlarında (18-21 yaşlılar) üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turnirdə ölkəmizi Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadənin rəhbərliyi altında 4 idmançı təmsil edir.

Otuzdan çox ölkədən idmançıların iştirak etdiyi qitə çempionatı oktyabrın 6-dək davam edəcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.