İDMAN


Avropa çempionatı: Şahmatçılarımız son turda mübarizə aparacaqlar

Bakı, 21 noyabr, AZƏRTAC

Bu gün – noyabrın 21-də Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatında son turun qarşılaşmaları oynanılacaq.

AZƏRTAC xəbər verir ki, doqquzuncu turda kişilərdən ibarət komandamız Fransa yığması ilə qarşılaşacaq. Qadın şahmatçılarımız isə Niderland təmsilçiləri ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, kişilərdən ibarət komandamız 12 xalla liderlər qrupunda mübarizə aparır. Qadın yığmamız isə 10 xalla 4-9-cu yerləri bölüşür.

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.