İDMAN


Avropa çempionatı: cüdoçularımızdan üçü yarımfinala vəsiqə qazanıb

Bakı, 21 noyabr, AZƏRTAC

Çexiyanın paytaxtı Praqada start götürən Avropa çempionatının son günündə cüdoçularımızdan üçü uğurla çıxış edərək yarımfinala çıxıblar.

AZƏRTAC xəbər verir ki, qitə çempionatında kişilər arasında Zelim Kotsoyev polşalı Oleksii Lısenko, daha sonra macarıstanlı Mikloş Çirjeniç, portuqaliyalı Jorje Fonsekanı məğlub edərək yarımfinala adlayıb. Komandamızın digər üzvü Məmmədəli Mehdiyev (90 kq) isə ilk qarşılaşmasında niderlandlı Yesper Smink, daha sonra italiyalı Nikolas Munqal, dörddəbir finalda isə macarıstanlı Kristian Totsa qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Qadın cüdoçuların yarışında isə dörddəbir finaldan turnirə qatılan İrina Kindzerska (78 kiloqramdan yuxarı) serbiyalı Milisa Zabiçi məğlub edib və yarımfinalda iştirak etmək hüququna yiyələnib.

Qeyd edək ki, qitə çempionatının ilk iki günündə millimizin üzvləri Orxan Səfərov (66 kq) qızıl, Rüstəm Orucov bürünc medal qazanıb.

Avropa çempionatına 40 ölkədən 355 cüdoçu qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.