İDMAN


Avropa çempionatı: cüdoçumuz qızıl medal uğrunda mübarizə aparacaq

Bakı, 21 noyabr, AZƏRTAC

Çexiyanın paytaxtı Praqada start götürən Avropa çempionatında təmsilçimiz İrina Kindzerska (78 kiloqramdan yuxarı) finala vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, cüdoçumuzun həlledici mərhələdə rəqibi fransalı Romane Disko olacaq.

Digər cüdoçularımız Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, qitə çempionatında millimizin üzvləri Orxan Səfərov (66 kq) qızıl, Rüstəm Orucov bürünc medal qazanıb.

Avropa çempionatına 40 ölkədən 355 cüdoçu qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.