İDMAN


Avropa çempionatında Azərbaycanı 5 şahmatçı təmsil edəcək

Bakı, 9 fevral, AZƏRTAC

Martın 18-də Makedoniyanın paytaxtı Skopyedə kişi şahmatçılar arasında Avropa çempionatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, turnirdə 25 ölkədən 144 oyunçunun (65 qrossmeyster) iştirakı dəqiqləşib. Avropa çempionatında Azərbaycanı Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və Məhəmməd Muradlı təmsil edəcəklər.

Turnir İsveçrə sistemi ilə 11 turdan ibarət olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.