İDMAN
Avropa çempionatında Azərbaycanı təmsil edəcək cüdoçular müəyyənləşib
Bakı, 9 iyul, AZƏRTAC
Çexiyanın Praqa şəhərində böyüklər arasında keçiriləcək cüdo üzrə Avropa çempionatında Azərbaycanı 9 kişi, 7 qadın olmaqla 16 cüdoçu təmsil edəcək.
AZƏRTAC Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, komandamızı heyətində kişi cüdoçulardan Kəramət Hüseynov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar. Qadınların mübarizəsində isə ölkəmizi Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian, İçinkorloo Münxtsedev (hər ikisi 57 kq), Günel Həsənli (70 kq), İrina Kindzerska (78 kiloqramdan yuxarı) təmsil edəcəklər.
Qitə çempionatı noyabrın 8-dən 10-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]