İDMAN


Avropa çempionatında daha 3 cüdoçumuz mübarizəyə başlayır

Bakı, 20 noyabr, AZƏRTAC

Çexiyanın paytaxtı Praqada start götürən Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, qitə çempionatının ikinci günündə daha 3 idmançımız mübarizəyə qoşulur. Belə ki, 73 kiloqram çəkidə Rüstəm Orucov lüksemburqlu Claudio Nunes Dos Santos, Telman Vəliyev belaruslu Vadzim Şoka, 81 kiloqram çəkidə Murad Fətiyev yerli idmançı Yaromir Musil ilə güclərini sınayacaqlar.

Qeyd edək ki, komandamız artıq ilk medalını qazanıb. Millimizin üzvü Orxan Səfərov (66 kq) uğurla çıxış edərək qızıl medala sahib olub. Bu, 29 yaşlı cüdoçumuzun ilk Avropa çempionluğudur.

Azərbaycanın ümumilikdə 14 idmançısının təmsil olunduğu Avropa çempionatı noyabrın 21-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.