İDMAN


Avropa çempionatında iştirak edəcək cüdoçularla görüş keçirilib

Bakı, 15 noyabr, AZƏRTAC

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov Çex Respublikasının Praqa şəhərində start götürəcək Avropa çempionatı ərəfəsində milli komanda üzvləri ilə görüşüb.

Federasiyadan ÀZƏRTAC-a verilən məlumata görə, əvvəlcə kişilərdən ibarət yığmanın baş məşqçisi Ruslan Maşurenko və onun qadın millisindəki həmkarı Rəşad Məmmədov nüfuzlu yarışa hazırlıq barədə məlumat veriblər. Onlar son iki həftədə cüdoçularımızın Budapeştdə təşkil edilən "Böyük dəbilqə" yarışında və U-23 Avropa birinciliyində medallar qazandıqlarını diqqətə çatdırıblar. Hər iki mütəxəssis, millimizin üzvlərinin qitə çempionatında da layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar.

Sadıq Sadıqov dövlət səviyyəsində idmana, o cümlədən, cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. O, federasiya rəhbərliyi adından cüdoçulara Avropa çempionatında uğurlar arzulayıb.

Qeyd edək ki, cüdo üzrə qitə çempionatı noyabrın 19-dan 21-dək keçiriləcək. Olimpiada ilində son Avropa çempionatında qitənin güclü cüdoçuları mübarizə aparacaqlar. Azərbaycanı bu nüfuzlu yarışda 14 cüdoçu (9 kişi, 5 qadın) təmsil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.