İDMAN


Avropa çempionatında karateçilərimiz 3-cü qızıl medalı qazanıblar

Bakı, 9 fevral, AZƏRTAC

Danimarkanın Aalborq şəhərində keçirilən 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında 46-cı, 21 yaşadək gənclər arasında isə 11-ci qitə çempionatında karate üzrə yığma komandamız daha bir qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, bu dəfə komandamızın aktivinə qızıl medalı Əminağa Quliyev yazdırıb. Keçirdiyi beş görüşdə rəqiblərə cəmi bir xal verən Ə.Quliyev (61 kq) 16-17 yaşlı gənclər arasında qitə çempionu olub. Bununla da Azərbaycan karateçilərinin Avropa çempionatında qazandıqları qızıl medalların sayı üçə çatıb.

Ondan bir gün əvvəl isə R.Heydərov (kata) və Tale Yaqubov (14-15 yaşlı yeniyetmələr, kumite 63 kq) qızıl, Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, kumite 57 kq) isə bürünc medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.