İDMAN


Avropa çempionatında ölkəmizi 10 qadın şahmatçı təmsil edir

Bakı, 11 aprel, AZƏRTAC

Aprelin 11-də Antalyada qadın şahmatçılar arasında Avropa çempionatı start götürüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanı qitə çempionatında 10 şahmatçı - Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Zeynəb və Türkan Məmmədyarovalar, Ülviyyə Fətəliyeva, Xəyalə Abdulla, Fidan Ağasıyeva, Nərmin Söyünlü təmsil edir.

On bir turdan ibarət yarışda ümumilikdə 32 ölkədən 130-dan çox şahmatçı mübarizə aparacaq. Turnir cədvəlinin reytinq favoriti rusiyalı Aleksandra Qoryaçkinadır (2534).

Yarışların mükafat fondu 60 min avrodur.

Turnirə aprelin 21-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.