İDMAN


Avropa çempionatında ölkəmizi 14 qadın şahmatçı təmsil edəcək

Avropa çempionatında ölkəmizi 14 qadın şahmatçı təmsil edəcək

Bakı, 15 mart, AZƏRTAC

Martın 18-də Monteneqronun Petrovaç şəhərində qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcək.

AZƏRTAC Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, 11 turdan ibarət qitə çempionatına 35 ölkədən zəka sahibləri qatılacaqlar.

Azərbaycanı qitə çempionatında Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova, Mələk İsmayıl, Nazlı Hümbətova və Lalə Hüseynova təmsil edəcəklər.

Avropa çempionatının ümumi mükafat fondu 60 min avro təşkil edir. Qitə çempionatına martın 29-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.