İDMAN


Avropa çempionu Nazim Babayev Fransada keçirilən beynəlxalq turndirdə gümüş medal qazanıb

Bakı, 20 fevral, AZƏRTAC

Fevralın 19-da Avropa çempionu Nazim Babayev Fransanın Lievin şəhərində keçirilən atletika üzrə “Meeting Hauts de France pas de Calais” beynəlxalq turnirində iştirak edib.

AZƏRTAC xəbər verir ki, turnirdə üç təkanla tullanma növündə mübarizə aparan idmançımız 17,15 metr nəticə göstərərək ikinci olub. Yarış cari ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığı üçün N.Babayev bu nəticə ilə “Tokio 2020” lisenziya qazanıb.

Turnirdə Burkina Fasonu təmsil edən Huques Fabrike Zanqo 17,51 nəticə ilə bütün rəqiblərini qabağlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, N.Babayev fevralın 15-də İstanbulda keçirilən Balkan çempionatında qızıl medal qazanaraq Azərbaycan bayrağını zirvələrə qaldırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.