İDMAN


Avropa kuboku: “Odlar Yurdu” Sloveniya şahmatçılarına qalib gəlib

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 14-də Monteneqroda şahmat üzrə klublararası Avropa kubokunun beşinci turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, “Odlar Yurdu” komandası Sloveniyanın “Maribor” yığmasına 3,5:0,5 hesabla qalib gəlib. “Vüqar Həşimov” klubu isə İtaliyanın “Obieivo Risarcimento Padova” komandasına 2:4 hesabla məğlub olub.

Beş turun nəticəsinə görə, “Vüqar Həşimov” klubunun 8, “Odlar Yurdu” komandasının 6 xalı var.

Qeyd edək ki, “Vüqar Həşimov” klubunun heyətində Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa, “Odlar Yurdu” komandasının tərkibində isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova mübarizə aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.