İDMAN


Avropa kuboku: “Vüqar Həşimov” klubu üçüncü qələbəsini qazanıb

Bakı, 13 noyabr, AZƏRTAC

Monteneqroda şahmat üzrə klublararası Avropa kuboku turnirinin üçüncü turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, “Vüqar Həşimov” klubu Rusiyanın “Primorsky District” klubuna 3,5:2,5 hesabla qalib gəlib. Digər komandamız “Odlar Yurdu” isə Çexiyanın “AVE Novy Bor” şahmatçıları ilə heç-heçə edib.

Xatırladaq ki, “Vüqar Həşimov” klubu əvvəlki turlarda Belçikanın “Fonteine” (5:1) və Sloveniyanın “Maribor” (4,5:1,5) komandaları ilə qarşılaşmaları da qələbə ilə başa vurub. “Odlar Yurdu” komandası isə birinci turda İsrailin “Rishon Lezion” komandasını 4:0 hesabla məğlub edib, ikinci turda “Nona” (Gürcüstan) ilə “sülh” bağlayıb.

“Vüqar Həşimov” klubunda Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa, “Odlar Yurdu” komandasında isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova təmsil olunurlar.

Avropa kuboku turniri 7 turdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.