İDMAN


Avropa kuboku turnirində uğurla çıxış etmiş cüdoçularımız Vətənə qayıdıblar

Bakı, 29 mart, AZƏRTAC

Yunanıstanın paytaxtı Afinada keçirilən Avropa kuboku turnirində uğurla çıxış edən Azərbaycanın gənc cüdoçuları Vətənə qayıdıblar.

AZƏRTAC xəbər verir ki, gənclərdən ibarət milli komandanın üzvlərini Azərbaycan Cüdo Federasiyasının və idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, komandamız 27 ölkədən cüdoçuların qatıldığı yarışı 2 qızıl və 2 gümüş medalla oğlanlar arasında ikinci yerdə başa vurub. Ümumi komanda hesabında isə yığmamız üçüncü pillədə qərarlaşıb.

Qızıl medalları yığmamızın aktivinə Məhərrəm İmamverdiyev (81 kq) və Kənan Nəsibov (100 kq) yazdırıblar. Ruslan Nəsirli (100 kq) və Hüseyn Məmmədov (+100 kq) isə turnirin gümüş medallarını əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.