MƏDƏNİYYƏT


Avropa marketoloqları “Vikipediya”da iki abzasın köməyi ilə adi İspan şəhərciyinə çoxlu turist cəlb ediblər

Madrid, 24 sentyabr, AZƏRTAC 

İtalyan və Alman marketoloqları maraqlı bir təcrübə keçiriblər.

AZƏRTAC İspan KİV-lərinə istinadla xəbər verir ki, onlar “Vikipediya” dan olan bir neçə düzəlişin köməyi ilə ən adi İspan şəhərciklərinə turist axınının nəzərəçarpacaq dərəcədə çoxalmasına və onların turizmdən gəlirlərinin 100 min dollar artmasına nail olublar.

Eksperiment üçün təsadüfi olaraq İspaniyanın kiçik şəhərləri seçilmişdir. Marketoloqlar “Vikipediya” da onlar haqqında məlumatları yeniləyiblər və bir neçə yüksək keyfiyyətli fotoşəkil əlavə ediblər. Bununla belə onlar ensiklopediyanın Fransız, İtalyan, Alman və Holland versiyası ilə çalışmış, İspan “Vikipediya”sından yaşayış məntəqəsi ilə bağlı adi faktları özündə ehtiva edən mətnləri tərcümə ediblər.

Kiçik düzəlişlər turistlərin şəhərcikdə keçirdikləri gecələrin sayını 9 faiz artırıb. Gəlir isə bu cür şəhərciklərin hər biri üçün orta hesabla 100 min dollar olub.

Ekspertlərin sözlərinə görə bu cür əməliyyatın bütün istiqamətlər üzrə aparılması turizmdən illik gəliri milyardlarla dollara artıra bilər.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.