ELM VƏ TƏHSİL


Avropa nəşri: “İKT tətbiqi – UNEC nümunəsində”

Bakı, 27 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, dosent Anar Rzayev və beynəlxalq iqtisadiyyat (ingilisdilli) kafedrasının müəllimi Turan Süleymanovun birgə hazırladıqları elmi məqalə Macarıstanın “SEFBIS” jurnalında dərc edilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, bu məqalə “Dövlət universitetində İKT-nin tətbiqi – UNEC nümunəsində” mövzusunda olub. Məqalədə UNEC-də tətbiq olunan informasiya kommunikasiya texnologiyaları (İKT) sisteminin geniş təsviri verilib və əsas üstünlükləri açıqlanıb. Eyni zamanda, İKT-nin UNEC nümunəsində tədris, təhsil və inzibati idarəetmədə səmərəlilik və keyfiyyətin artmasına təsiri araşdırılaraq qiymətləndirilib.

“SEFBIS” jurnalı Macarıstanın biznes informasiya sistemləri üzrə ən nüfuzlu elmi nəşridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.