DÜNYA


Avropa ölkələrində qızılca xəstəliyinə tutulanların 70 faizi Ukraynanın payına düşür

Kiyev, 15 may, AZƏRTAC

Avropa ölkələrində qızılca xəstəliyinə tutulanların 70 faizi Ukraynanın payına düşür. AZƏRTAC xəbər verir ki, bu məlumat Dünya Səhiyyə Təşkilatının hesabatında yer alıb.

Hesabatda bildirilib ki, bu ilin iki ayında Avropanın 42 ölkəsində 34300 nəfər qızılca xəstəliyinə tutulub. Albaniya, Rumıniya və Ukraynada qızılcadan ölüm faktları baş verib.

Qeyd edək ki, 2018-ci ilin dekabr ayının 28-dən 2019-cu il mayın 1-dək Ukraynada qızılca xəstəliyindən ölənlərin sayı 16 nəfərə çatıb, bunlardan 3-ü uşaqdır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.