DÜNYA


Avropa Parlamenti Londonu Brexit barədə mövqeyini bildirməyə çağırıb

Bakı, 24 yanvar, AZƏRTAC

Avropa Parlamenti Böyük Britaniya hökumətini yaxın günlərdə krallığın Avropa İttifaqının tərkibindən çıxması barədə mövqeyinə aydınlıq gətirməyə çağırıb. Ölkə parlamentinin Brexit üzrə sazişi ratifikasiya etməkdən boyun qaçırması səbəbindən aparılan danışıqlar dalana dirənib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Brexit üzrə Avropa Parlamentinin koordinasiya qrupunun yanvarın 24-də Brüsseldə yayımlanan bəyanatında deyilir.

Avropa Parlamentinin koordinasiya qrupu hesab edir ki, parlamentdə saziş ləğv olunduqdan sonra yaranan çətin vəziyyətdən çıxmaq üçün Böyük Britaniya hökuməti bütün siyasi partiyalarla birlikdə işləməlidir. Onların fikrincə, Brexit üzrə hazırkı saziş “ədalətlidir və dəyişdirilə bilməz”.

“Bu əsasən də “bekstop” rejiminə (Brexitin keçid dövrü başladıqdan sonra Şimali İrlandiyanın Aİ-nin Gömrük İttifaqı və Vahid Avropa Bazarının tərkibində qalması rejimi -red) aiddir. Belə ki, o, eyni zamanda, vahid bazarın qorunması zamanı İrlandiya adasında heç bir “sərt” sərhədin olmayacağına təminatdır. Bu səbəbdən koordinasiya qrupu israr edir ki, belə sığorta variantı olmadan Avropa Parlamenti Brexit üzrə sazişi təsdiqləməyəcək”, - Avropa Parlamentinin bəyanatında belə deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.