İDMAN


Avropa təsnifat turniri: Radik İsayev Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan taekvondoçusu Radik İsayev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən və Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirində yarımfinal görüşünə çıxıb.

AZƏRTAC xəbər verir ki, 80 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz yarımfinalda makedoniyalı Dejan Georgievskiyə 6:13 hesabla uduzduğu üçün Olimpiadaya lisenziya qazana bilməyib.

Qeyd edək ki, turnirin birinci günündə Fəridə Əzizova (67 kq) finala yüksələrək Tokio Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Bununla da taekvondoçularımızın lisenziyalarının sayı ikiyə çatıb.

Xatırladaq ki, kişi taekvondoçumuz Milad Beigi Hərçəqani artıq Olimpiya Oyunlarına lisenziyanı təmin edib.

Bu gün başa çatacaq turnirə Azərbaycan üç idmançı ilə qatılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.