Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Avropa üçün dörd ssenari: "Brexit"dən sonra mümkün transformasiya istiqamətləri

Avropa üçün dörd ssenari:

Böyük Britaniyanın Avropa İttifaqını (Aİ) tərk etmək qərarına gəlməsi Qərbdə ciddi siyasi, ideoloji və geosiyasi əks-səda doğurub. Mütəxəssislər bu hadisənin bütövlükdə təşkilatın taleyinə təsiri ilə bağlı təhlillər aparır və proqnozlar verirlər. Maraqlıdır ki, hələlik üstünlük verilən konkret ssenari yoxdur. Aİ-nin gələcəyi ilə əlaqəli bir qeyri-müəyyənliyin hökm sürdüyü göz önündədir. Lakin əksər ekspertlərin razılaşdığı bir məqam mövcuddur – "Brexit" adi hadisə deyil, Aİ daxilində uzun illərdir yığılıb qalan prinsipial əhəmiyyətli ziddiyyətlərin məntiqi nəticəsidir. Bu baxımdan Aİ-nin siyasi, ideoloji və institusional transformasiyaya uğramasından başqa yolunun olmadığını söyləmək mümkündür. Dəyişikliklərin səviyyəsi və mexanizmləri hələ də müzakirə mövzusudur. Aydındır ki, Avropa geosiyasi və siyasi yol ayrıcındadır. Onun seçim etmək hüququ var. Bundan istifadə məsələsinin hansı çərçivədə olacağı isə müəyyənləşməyib. Bu səbəbdən bir neçə tendensiyadan danışmaq olar.

"Qlobal siyasi zəlzələ": ziddiyyətlərin məntiqi nəticəsi

Avropa "Brexit"dən sonra sakitləşməyib. Qərb siyasi təfəkkürü bu hadisənin qlobal siyasətə, burada Avropa ölkələrinin oynaya biləcəyi rola və bütövlükdə Avropa İttifaqının siyasi-hüquqi taleyinə necə təsir edəcəyi barədə proqnozlar verməyə çalışır. Ortaya maraqlı ideyalar atılır. Əvvəlcədən vurğulayaq ki, müxtəlif ssenarilər nəzərdən keçirilir. Lakin bir neçə ümumi məqam var ki, təhlilləri də onların əsasında aparmağa cəhd edilir.

"Brexit"i qiymətləndirən mütəxəssislər bu hadisənin faktiki olaraq "qlobal miqyasda siyasi zəlzələ" olduğunu qeyd edirlər (bax: məs., Николай Кавешников. Европейский союз после Brexit: трансформация политико-институциональной системы / РСМД, 30 iyun 2016). Burada "siyasi zəlzələ" metafora olmayıb, həm də Aİ-nin geosiyasi və siyasi-iqtisadi aspektlərdə transformasiyası tendensiyasını ifadə edir. Məsələ ondan ibarətdir ki, Aİ-nin son zamanlar qarşılaşdığı problemlər müxtəlifdir, lakin onların sırasında iqtisadi xarakterli faktorlar xüsusi yer tutur. Belə ki, mütəxəssislər hesab edirlər ki, avrozonanın düçar olduğu böhranın kökündə "dünya iqtisadiyyatında Avropanın payı və rolunun azalması meylinə qarşı dirənmək" cəhdi dayanır. Qısa deyilsə, Brüssel təşkilatın rəqabət qabiliyyətini yüksəltməyə çalışıb və özü... siyasi-iqtisadi "quyuya düşüb" (bax: Юрий Борко. Европейский Союз в XXI веке: текущие дела и фундаментальные проблемы / "Современная Европа", 2015, №3, s.9-16).

Geosiyasi nəzəriyyə terminologiyası ilə deyilsə, Aİ-nin qlobal qeyri-sabitlik şəraitində "yumşaq güc" əsasında xarici siyasət qurmaq, özünün norma və prinsiplərini ixrac etmək cəhdi reallığın sərt sınağından çıxa bilmədi. Bu baxımdan "Brexit", sadəcə, bir ölkənin İttifaqı tərk etməsi olayı olmayıb, bütövlükdə təşkilatın inkişaf strategiyasının böhranıdır.

Həmin səbəbdən indi analitik və strateqlərin Aİ-nin siyasi-institusional yeniləşmə xətti ilə bağlı apardıqları təhlillər və verdikləri proqnozlar normal proses kimi qəbul olunmalıdır. Burada hansısa qərəzli yanaşma müzakirə mövzusu ola bilməz, Aİ obyektiv olaraq mövcudluğunu "uçurumun kənarına gətirib", o cümlədən təhlükəsizliklə bağlı meydana çıxan problemlərə səmərəli reaksiya verə bilməyib. İqtisadiyyatla yanaşı, qurum mədəni identiklik və xarici siyasətin ortaya atdığı yeni çağırışlara qarşı da acizlik göstərib. Şübhəsiz, burada Aİ-yə üzv ölkələrin vətəndaşlarının sosial təminatı və miqrasiya problemi ciddi rol oynayıb (bax: Николай Кавешников. Göstərilən məqaləsi).

Burada siyasi-mədəni identikliklə sıx bağlı olan bir məqamı da vurğulamağa böyük ehtiyac görürük. Biz Aİ-yə daxil olan ölkələrdəki ictimai rəydə özünü göstərən fərqləri nəzərdə tuturuq. Qərb sosioloqları bununla əlaqədar qeyd edirlər ki, Avropa cəmiyyətlərində elita ilə əhalinin digər təbəqələri arasında inteqrasiya məsələsinə fərqli münasibət mövcuddur. Elita daha çox "dünya vətəndaşlığı" anlayışını qəbul edir. Əhalinin böyük hissəsi isə milli identikliyə üstünlük verir və bu kontekstdə inteqrasiyanı daha çox risk mənbəyi kimi qəbul edir. Bu, elmi aspektdə maraqlı təzaddır. Çünki ideyaca Qərb siyasi təfəkkürü insanların qloballaşmaya meylinin artmasına xidmət etməli idi. Dünyaya Avropa həyat standartlarını yaymağı nəzərdə tutan inteqrasiyaya avropalıların özləri niyə etiraz etsinlər? Görünür, məsələnin sosial-psixoloji və siyasi aspektləri hələ araşdırılmalıdır.

Bu fikirlərin fonunda təbii olaraq bir sual yaranır. Aİ-nin başqa hansı ölkələri Britaniyadan "nümunə" götürə bilər? KİV-də ekspertlərin bununla bağlı fikirləri dərc olunub. Mütəxəssislər "qlobal siyasi zəlzələ"nin təşkilatın digər üzvlərinə də təsir edəcəyini və Aİ-nin dağılması prosesinin vüsət ala biləcəyini söyləyirlər. Lakin bunun bir dayanıqlı trendə çevrilə bilməsi ehtimalını analitiklərin bir çoxu yüksək qiymətləndirmirlər.

Bunun səbəbləri vardır. Onların sırasında əsas faktor kimi üzv dövlətlərin əksəriyyətinin iqtisadi cəhətdən ümumi büdcədən asılı olması göstərilir. Böyük Britaniya dünyanın 5-ci iqtisadi gücüdür, nüvə dövlətidir, imperiya ənənəsi var. Onun hərəkətlərini Macarıstan, yaxud Polşa kimi Brüsseldən hər il dotasiya alan ölkələr təkrarlaya bilməzlər. Almaniya və Fransa kimi böyük dövlətlər isə Aİ-nin dağılmasına heç zaman razı olmazlar, çünki bu təşkilat vasitəsilə onlar Qitənin bütün dövlətlərinə təsir edə bilirlər.

İnteqrasiyanın aqibəti: davam, yoxsa geriyə dönüş?

Lakin burada bir mühüm məqam vardır. Məsələ, ümumiyyətlə, Qərbdə siyasi inteqrasiya prosesinin taleyi ilə bağlıdır. Bir tərəfdən birləşmək qloballaşmanın təbii məntiqidir. Digər tərəfdən isə "Brexit" göstərdi ki, bu prosesə müəyyən hədd qoyulmalıdır. İndi Avropa bu iki tendensiyanın arasında var-gəl edir. Bir sıra məsələlərin həlli milli dövlətlərin özlərinə həvalə edilir. Məsələn, miqrasiya böhranında bu, özünü əyani olaraq təsdiqlədi.

Bununla da Aİ faktiki olaraq hazırda iki böyük trend arasında qalmış oldu. Onlardan biri inteqrasiyanı dərinləşdirməyi tələb edir, digəri isə bunun faktiki sərhədlərinin müəyyənləşdirilməsi zərurətini ifadə edir. Təşkilatın sonrakı struktur-funksional transformasiyası ssenarisi bu məqam üzərində qurulur.

Həmin kontekstdə Aİ-nin strategiyası ilə bağlı bəzi yanaşmalar maraq doğurur. Təşkilatın xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin fikrincə, Aİ-yə "baxış birliyi ilə hərəkət birliyini bir araya gətirə bilən strategiya lazımdır" (bax: Federica Mogherini. A Strategy to Unite and Safeguard Europe/ "Project Syndicate", 11 iyul 2016). Bu strategiyaya görə, Aİ müdafiə potensialının yüksəlməsinə, terrorla mübarizəyə daha çox diqqət göstərəcək. İş yerlərinin açılması, sosial inteqrasiyanın aparılması və insan hüquqlarının təminatı sahəsində yeni proqramlar həyata keçirəcək. Bununla "sülhün möhkəmləndirilməsi, həmçinin Avropaya daxil olan və ondan kənarda yerləşən dövlətlərin dayanıqlığı" ciddi surətdə maraq dairəsinə daxil olunacaq. Bu məqsədlə "yumşaq güc"dən geniş istifadə ediləcək. Transatlantik əlaqələr dərinləşdiriləcək (bax: əvvəlki mənbəyə).

Təbii ki, Aİ rəsmisinin nikbin strateji baxış ortaya qoymağa çalışması gözləniləndir. Təşkilatın bu ssenari üzrə transformasiyası Aİ-nin qlobal siyasətdə yerini və rolunu möhkəmlədə, onu sözün həqiqi mənasında dünyanın əsas söz sahiblərindən birinə çevirə bilər.

Kolumbiya Universitetinin professoru Jozef Stiqlits fərqli ssenari irəli sürür. O hesab edir ki, "Brexit"in mümkün nəticələri hələ uzun müddət təhlil edilməlidir. Çünki Qərb bütün mümkün yeniləşmə ssenarilərini öyrənməlidir (bax: Joseph E. Stiglitz. From Brexit to the Future / "Project Syndicate", 6 iyul 2016). O, əsas məsələni aşağıdakı kimi qoyur: "La-Manşın hər iki sahilində siyasət indi demokratik ölkələrdə siyasi isteblişmentin çox sayda vətəndaşın problemlərinin həlli üçün bu dərəcədə az iş görməyin necə mümkün olduğu" sualına cavab axtarmalıdır (bax: əvvəlki mənbəyə).

Professor fikirlərinə davam edərək Brüsselin böyük inteqrasiya barədə düşünməsindən öncə ayrı-ayrı ölkələrdə vətəndaşların həyat səviyyəsini yüksəltmək vəzifəsini özünün başlıca prioriteti kimi qəbul etməsinin daha doğru olduğunu vurğulayır. Yəni alimin əsas tezisinə görə, "neoliberal ideologiya ruhunda siyasəti davam etdirmək kömək etməyəcək" (bax: əvvəlki mənbəyə).

Burada faktiki olaraq Qərb siyasi-ideoloji konseptini yeniləmək zərurətindən söhbət gedir. Konkret deyilsə, Jozef Stiqlitsin fikirlərinə görə, Aİ-nin struktur-funksional transformasiyasından öncə siyasi-ideoloji yeniləşmə gərəkdir. Bu aspektdə alternativlər nəzərdən keçirilməli və onların arasından ən yaxşısı seçilməlidir. Lakin tədqiqatçı bunun nə kimi bir ssenari olduğunu və "ən yaxşı" meyarının nədən ibarət olduğunu göstərmir (bax: əvvəlki mənbəyə). Görünür, məsələnin bu cür açıq qoyulmasında konkret məqsədlər vardır.

Bunlarla yanaşı, "Brexit"i birmənalı olaraq "İttifaqın iflası" kimi qiymətləndirən mütəxəssislər də vardır. Məsələn, tarix elmləri doktoru Aleksandr Lukin yazır ki, "Brexit" "Avropa və ABŞ əhalisinin reallığa az uyğun olan rəsmi ideologiya qandallarından azad olmağa təbii olaraq can atmasının nəticəsidir" (bax: Александр Лукин. Крах союза: Что общего у Brexit и распада СССР / "Россия в глобальной политике", 3 iyul 2016). Alim bu kontekstdə Aİ ilə SSRİ-nin taleyini müqayisə edir və çoxlu oxşarlıq tapır. Yəni, onun fikrincə, Avropa İttifaqının iflası dönməz prosesdir (bax: əvvəlki mənbəyə).

Həmin bağlılıqda mütəxəssislərin maraq göstərdiyi və Aİ-nin daxilinə aid olan bir tendensiyanı unutmaq olmaz. Hazırda Avropa İttifaqının özündə ölkələrin inkişaf səviyyəsi və təşkilatda oynadıqları rola görə parçalanma prosesi gedir. Ekspertlər bu bölgünü şərti olaraq "Avropa İttifaqının Avropası" və "Əyalət Avropası" adlandırırlar (bax: Бабынина Л.О. Гибкая интеграция в Европейском союзе: теория и практика применения. М.: УРСС, 2012; Кавешников Н.Ю."Гибкая интеграция" в Европейском союзе / "Международные процессы", 2011. Т. 9. № 2(26). s. 58-69).

Bu qruplar arasında inteqrasiya səviyyəsinə görə fərqlər vardır. Şengen razılaşmasına və avro zonasına daxil olmayan ölkələr bir qədər ləng templərlə təşkilata inteqrasiya olurlar. Onların arasında ən güclüsü Böyük Britaniya idi. Londonun bu sıranı tərk etməsi ilə autsayderlərin vəziyyəti ağırlaşıb. Onlar daha sıx inteqrasiya olunmuş və inkişaf etmiş kəsimdən geridə qalırlar. Həmin ölkələrin bir qismi nisbətən zəif inkişaf etmiş iqtisadiyyata malikdirsə, digər qismində siyasi sistemin səmərəliliyi zəifdir. Proqnozlara görə, bu fərq "Brexit"dən sonra güclənə bilər (bax: Владислав Гулевич.Восточная Европа: политическая тряска после Brexit / "Международная жизнь", 29 iyun 2016).

Ekspertlər məsələni yalnız "Brexit" faktoru ilə əlaqələndirmirlər. Onlar təşkilat daxilində illərdir mövcud olan ziddiyyətləri və son dövrlərdə meydana gələn yeni neqativ tendensiyaları diqqətə çatdırırlar. Konkret deyilsə, mütəxəssislər Aİ-nin özündə "real problemlərin təbiətindən qaynaqlanan" çətinlikləri daşıdığını vurğulayırlar. Odur ki, Avropa İttifaqında sistemli islahatların aparılması zərurəti barədə çoxdandır ki, Qərbdə analizlər aparılır (bax: Анатолий Гальчинский.Европейское сообщество: конец и новое начало / "ZN,UA", 2 iyul 2016).

Bu sırada ötən il Henri Kissincerin Almaniyanın "Handelsblatt" qəzetinə verdiyi müsahibədə vurğuladığı bir fikri nümunə kimi göstərmək olar. Böyük diplomat deyirdi: "Dünya başqa cür olur. Təbii ki, Avropa da başqa cür olmalıdır. Bunu başa düşərək o, birliyin yeni formasına can atır, ancaq bu canatmaya hələlik siyasi ifadə verə bilmir. Avropa öz inkişafının uzunmüddətli strategiyasını hazırlaya bilməyib" (bax: əvvəlki mənbəyə).

Bu fikirlər boş yerdən formalaşmayıb. Aİ-nin daxili ziddiyyətləri daha da güclənib. Yuxarıda vurğulanan məqamlardan əlavə olaraq radikal milliyyətçilik, islamofobiya, fərqli mədəniyyətlərə qarşı dözümsüzlük, siyasi separatizm kimi faktorlar özünü göstərməyə başlayıb. Bunlar maliyyə-iqtisadi böhranının fonunda daha dağıdıcı təsir bağışlamaqdadır. Məhz bütün bu özəllikləri nəzərə alaraq, mütəxəssislər Aİ-nin sistemli yeniləşmələrə getməsi zərurətini vurğulayırlar.

Sistemli yeniləşmə: fərqli tendensiyalar arasında

Maraqlıdır ki, hələlik Brüssel sistemli dəyişikliklərin fundamental məsələləri üzrə qərar qəbul etməyə hazır deyil. Onların baxılması təxirə salınıb. Belə çıxır ki, Avropa İttifaqının rəhbərliyində transformasiyanın istiqaməti ilə bağlı dəqiq təsəvvürlər yoxdur. Burada iki ssenari mümkün ola bilər – birincisi, daha dərin inteqrasiyaya aparan xətt (superdövlətin yaradılması), ikincisi isə, Aİ-nin funksional strukturlarının və inteqrasiya əlaqələrinin maksimal liberallaşdırılmasını nəzərdə tutan kurs (təşkilatın desentralizasiyası).

Avropa İttifaqı hələlik öz daxilində yuxarıda vurğulanan prinsipial problemlərin həlli yolunu müəyyənləşdirə bilmirsə, onun gələcəyi ilə bağlı bədbin proqnozlar verilə bilər. Əslində, ekspertlər "Brexit" kimi hadisələri Avropa liderlərinin "populist siyasətinin məhsulu" kimi qiymətləndirməklə təşkilat daxilində olan çətinliklərin aradan qaldırılmasında Brüsselin zəiflik göstərdiyinə işarə edirlər (bax: Fatma Yılmaz Elmas. "Brexit": Popülist Siyasetin Cameron ve AB’ye Faturası / USAK, 24 iyun 2016).

Çünki reallıqda "Brexit"i Devid Kemeronun böhrandan çıxış yolu kimi "müasir şərtlərə daha çox uyğun gələn Avropa yaratmaq" məqsədi ilə əlaqədar ortaya atdığı məlumdur (bax: əvvəlki mənbəyə). Nəticənin tərsinə alınması onun göstəricisidir ki, Aİ-nin liderləri təşkilatdakı real vəziyyəti adekvat qiymətləndirə bilmirlər. Onların cəmiyyətin əhval-ruhiyyəsi haqqında dəqiq təsəvvürləri yoxdur. Bu bağlılıqda mütəxəssislər Qərb sosiologiyasının da böhran keçirdiyi qənaətinə gəliblər. Hər bir halda "Brexit"in yekununun gözlənilməz hesab olunması yuxarıda vurğulanan fikrin doğruluğunu təsdiqləyir.

Bununla yanaşı, Aİ üçün sistemli yeniləşmədən başqa yol olmadığı da ifadə edilir. Bu o deməkdir ki, bu günə qədər aparılan çalışmalar sistemli yeniləşmələrə deyil, "Brexit"ə gətirib çıxarsa da, cəhdlər davam edəcək. Əgər onlar da mənfi nəticələnsə, onda təşkilatın taleyi sözün həqiqi mənasında ciddi təhlükə altına düşər. Həmin məqama bir sıra ekspertlər təşkilatın gələcəyi aspektində birinci dərəcəli əhəmiyyət verirlər.

Məsələn, türkiyəli analitik M.Kutluay Avropa İttifaqının yaşadığı böhranın əsas səbəbinin hansısa xarici təsir deyil, onun öz daxilində uzun müddətdir ki, mövcud olan "ziddiyyətlər yumağı"nın çözülməməsi olduğunu vurğulayır (bax: Mustafa Kutlay. "Brexit" Tartışmaları: AB Projesi Ulusal Egemenliğe Karşı / USAK, 10 iyun 2016). Buraya sosial, siyasi, iqtisadi və mədəni sahələrdə xeyli müddətdir ki, yığılıb qalmış problemlər kompleksi daxildir.

Deməli, Avropa İttifaqının qarşısında konkret vəzifələr dayanır – ya ziddiyyətlər içində deqradasiyanın dərinləşməsinə imkan verməli, ya da zamanın tələbinə uyğun sistem xarakterli islahatlar əsasında yeni təşkilati, struktur və funksional səviyyəyə yüksəlməlidir. Bunlardan əlavə, qlobal miqyasda özünü göstərməkdə olan mürəkkəb geosiyasi proseslərin Aİ-dəki duruma təsirini qətiyyən istisna etmək olmaz. Həmin müstəvidə Qərb analitikləri hələ bir neçə ay öncə Avropanın "Brexit"dən sonrakı vəziyyəti ilə əlaqədar müxtəlif ssenarilərin reallaşa biləcəyini proqnozlaşdırırdılar. Onları ekspertlər şərti olaraq üç qrupa bölürlər (bax: Tara Palmeri. How Europe will break on Brexit / "Politico", 22 iyun 2016).

Birincisi, Aİ daxilində avroskeptiklərin mövqeyinin möhkəmlənməsi. İkincisi, iqtisadi itkilərin artması. Üçüncüsü, Amerika ilə azad ticarət zonasının yaradılması ilə bağlı aparılan danışıqlarda mühüm bir iştirakçının (Böyük Britaniyanın) kənara çəkilməsi.

Bunların sırasında ekspert üzv-ölkələrdə Avropada inteqrasiyanın gələcəyi ilə bağlı bədbin əhval-ruhiyyənin arta biləcəyini vurğulayır. Həmin sırada Almaniyanın, Fransanın, Lüksemburqun, Hollandiyanın, Avstriyanın, Finlandiyanın, Danimarkanın, İtaliyanın adları çəkilir (bax: əvvəlki mənbəyə). Bəzi ölkələrdə isə iqtisadi çətinliklər artacaq, kimlərsə də Böyük Britaniyanın timsalında vacib müttəfiqini itirəcək.

Vurğulanan məqamlar göstərir ki, "Brexit"dən sonra Avropanın taleyi ilə bağlı ortaq bir fikir yoxdur. Mütəxəssislər müxtəlif ssenarilərin mümkünlüyündən bəhs edirlər (bax: məs., European Union in the World 2025. Scenarios for EU relations with its neighbours and strategic partners / Ed. by M. Sus, F. Pfeifer. Dahrendorf Forum. 2016). Lakin bütövlükdə üç ümumi ssenari üzərində dayanmaq olar. Onlardan daha ehtimal olunanı Avropa İttifaqının ciddi sistemli dəyişikliklərə getməsindən ibarətdir. Digər ssenari Aİ-də mərkəzdənqaçma tendensiyasının güclənməsidir. Nəhayət, "Brexit"in iqtisadi nəticələrinin Aİ-nin çoxlu sayda ölkəsini daha ağır vəziyyətə salması da istisna edilmir.

Bunların fonunda qlobal siyasətə bağlı başqa bir tendensiya da meydana gələ bilər. Onu dördüncü ssenari adlandıra bilərik. Bu, Aİ-nin təhlükəsizliyi məsələsində qeyri-müəyyənliyin artmasını ehtiva edir. Əgər təşkilat yeni hərbi doktrina qəbul edib, müdafiə qüdrətini artırsa, terrora, qanunsuz miqrasiyaya qarşı səmərəli fəaliyyət göstərə bilsə, təhlükəsizlik məsələsində də təminat əldə edə bilər. Əks halda isə supergüclər, ilk növbədə, ABŞ və Rusiya yaranmış vəziyyətdən öz maraqları üçün istifadə etməyə çalışarlar. Belə çıxır ki, "Brexit" Avropa üçün həm ziddiyyətlərin kəskinləşməsi, həm də yeni yolun başlanğıcı ola bilər. Əsas məsələ ondan ibarətdir ki, Qərb konkret xəttin seçimində tərəddüd edir. Bu mənada "Brexit" həm yolayrıcı, həm də siyasi-mənəvi böhranın təsdiqidir.

Kamal Adıgözəlov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu Devid Kemerona: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb

Banqladeşdə yol-nəqliyyat qəzasında 11 nəfər ölüb

Mikroplastik orqanizmdə fizioloji dəyişikliklərin yaranmasına səbəb olur

Avropa İttifaqı ilə Orta Dəhlizin inkişafına dair görüş keçirilib

Fransa Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük göstərir - RƏY

® “Rabitəbank” 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Aİ ölkələrinin hərbi büdcələri son iki ildə 20 faiz artıb

Osman Mert: Türk dünyasında ümumı orfoqrafiya anlayışı formalaşmalıdır

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

Şuşa şəhərinin “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlanacaq - SƏRƏNCAM

Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Abituriyentlər ixtisas seçərkən diqqətli olmalı, keçənilki ballara etibar etməməlidirlər – RƏY

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanılıb VİDEO

Azərbaycan Avropa çempionatında 18 boksçu ilə təmsil olunacaq

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO

Nigeriya COP29-da aktiv iştirak etmək üçün hazırlıqlara başlayır

UNICEF: Sudanda məktəbyaşlı uşaqların 90 faizi təhsil ala bilmir

Bəstəkarlar İttifaqında Xalq artisti Süleyman Ələsgərovun 100 illiyi qeyd olunub

BMT-nin İnkişaf Proqramının nümayəndəsi Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə məlumatlandırılıb

Peskov: Rusiya və Türkiyə prezidentləri arasında təmaslarda fasilə yoxdur

Beyləqanın Xocavənd qəsəbəsində 900 ağac əkilib

Fransa polisi Olimpiya Oyunları ərəfəsində insanları Parisdən təxliyə etməyə başlayıb

BMU ilə Varşava Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Ukraynada ağır cinayətlər törədən erməni əsilli hərbçi 12 il həbs cəzasına məhkum edilib