DÜNYA
Avropada 23 tondan çox kokain müsadirə olunub
Bakı, 25 fevral, AZƏRTAC
Almaniya və Belçikanın gömrük orqanları Paraqvay və Panamadan gətirilən 23 tondan çox kokaini müsadirə edib.
AZƏRTAC BBC News telekanalının saytına istinadla xəbər verir ki, Almaniyanın gömrük xidməti Paraqvaydan Hamburq limanına gətirilən beş dəniz konteynerində 16 ton, Belçika gömrükçüləri isə Panamadan Antverpen limanına gələn gəmidə 7,2 ton kokaindən ibarət narkotik vasitə aşkarlayıblar.
Almaniya gömrük orqanlarının məlumatına görə, bu, indiyədək Avropada müsadirə olunan ən böyük kokain partiyasıdır.
Qeyd edək ki, Paraqvay artıq uzun illərdir ki, Avropanın liman şəhərlərinə göndərilən narkotik yüklərin əsas tranzit ölkəsinə çevrilib. 2020-ci ilin oktyabrında Cənubi Amerikadan Antverpen limanına gətirilən 11,5 ton kokain müsadirə edilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [22:58]
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
- 23.04.2024 [21:15]
Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]