İQTİSADİYYAT


Avropada LNG və boru kəməri qazının rəqabəti davam edəcək

Bakı, 15 fevral, AZƏRTAC

BP-yə görə, Avropada mayeləşdirilmiş təbii qaz (LNG) və boru kəməri qazı arasındakı rəqabət davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin “Energy Outlook 2019” hesabatında deyilir.

Bildirilir ki, Avropada boru kəmərləri vasitəsilə idxal olunan təbii qaz və LNG arasındakı rəqabət 2040-cı ilə qədər davam edəcək. Dünya bazarında LNG tədarükünün artması ilə təbii qaz tələbatını idxal hesabına ödəyən Çin və Avropa ölkələrində LNG ilə boru kəməri qazı arasında rəqabət artacaq. Avropada isə təbii qaz hasilatının 2040-cı ilədək 40 faiz azalacağı gözlənilir və bu, qitədəki ölkələrin idxaldan asılılığını artıracaq.

Avropa qaz idxalı üçün kifayət qədər potensiala və infrastruktura malikdir. Boru kəməri ilə qazın nəql xərcləri LNG-dən daha sərfəlidir. Lakin bu vəziyyətdə, Avropa ölkələrini boru kəməri qazından uzaqlaşdıracaq yeganə səbəb isə Rusiyadan asılılığın artmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.