CƏMİYYƏT


Avropada koronavirusa gündəlik yoluxma halları 10 gün ərzində iki dəfə artıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Avropada koronavirusa gündəlik yoluxma halları 10 gün ərzində iki dəfə artaraq 200 min nəfərə çatıb. Bir çox ölkələrdə mütləq rekord qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, son sutka ərzində Rusiyada 17300-dən artıq yoluxma halı müşahidə edilib. Bu, həmin statistikanın aparıldığı bütün dövr ərzində mütləq rekorddur. Avropanın digər ölkələrində də maksimal göstəricilər qeydə alınıb, bütün qitə üzrə isə 10 gün ərzində sutkalıq yoluxmanın sayı iki dəfə artaraq bütün dövr ərzində ilk dəfə 200 min nəfəri keçib. Bir çox dövlətlərdə hər gün yeni rekordlar qeydə alınır.

Avropada ilk dəfə olaraq aprelin 4-dəki 38000 sutkalıq yoluxmaya qarşı oktyabrın 12-də 100000 yoluxma hadisəsi qeydə alınıb. Yəqin ki, o vaxt bu göstərici xeyli azaldılmışdı. Sadəcə olaraq, həmin dövrdə Avropa ölkələrində daha az test yoxlamaları aparılırdı, bu testlər yalnız simptomları aşkar bilinən insanlar üzərində edilirdi. Belə ki, dünən tam 10 gündən sonra sutkalıq yoluxma sayı 200 mini keçib. Bu gün ABŞ ilə müqayisədə adambaşına düşən yoluxanların sayı Avropada daha çox qeydə alınır və bu, ilk dəfədir baş verir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, indi dünyada koronavirusa bütün yoluxma hallarının təxminən yarısı Avropanın payına düşür. Ancaq yenə də bu, kütləvi şəkildə testləşmənin həcminin əhəmiyyətli dərəcədə artması ilə izah edilir. Avropada Yer kürəsi əhalisinin təxminən 10 faizi yaşayır, lakin indi COVID-19 yoluxmalarının 19 faizi və bu xəstəlikdən ölənlərin 22 faizi bu qitədə qeydə alınır. “The Daily Mail” yazır ki, indi ümid yalnız kütləvi vaksinləşdirmə aparılmasına və xəstəliyin ikinci dalğasının təbii yolla başa çatmasına qalır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.