DÜNYA


Avropada məişət tullantılarının həcmi artır

Brüssel, 4 fevral, AZƏRTAC

Brüsselin məişət tullantıları ilə bağlı apardığı maarifçiliyə və mübarizəyə baxmayaraq, son illərdə Avropa İttifaqı (Aİ) ölkələri üzrə orta hesabla götürdükdə tullantıların həcmi artıb.

AZƏRTAC bu barədə “Avrostat” Avropa agentliyinin apardığı tədqiqatın nəticələrinə istinadla bildirir.

2017-ci ildə Aİ ölkələrində əmələ gələn tullantıların miqdarı 249238 ton (yaxud orta hesabla adambaşına 487 kq) təşkil edib. Avropa Statistika Xidmətinin yanvarın 23-də açıqladığı məlumatda bildirilir ki, müqayisə edildikdə, 2013-cü ildə avropalılar 242195 ton (və yaxud adambaşına 479 kq) məişət tullantısı atıblar.

2017-ci ildə Aİ ölkələrində tullantıların 30 faizi təkrar emal edilib, daha 17 faizi çürüdülüb, 28 faizi yandırılıb, 24 faizi isə zibilliklərdə basdırılıb.

Müqayisə edildikdə, 2007-ci ildə tullantıların 24 faizi təkrar emal edilib, 13 faizi çürüdülüb, 21 faizi yandırılıb, 43 faizi isə zibilliklərə atılıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.