DÜNYA
Avropada mənzillərin qiyməti bahalaşıb
Roma, 7 oktyabr, AZƏRTAC
Avropa İttifaqına (Aİ) üzv ölkələrdə mənzillərin qiymətində artım müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Statistika Bürosu (“Eurostat”) məlumat yayıb. Bildirilib ki, cari ilin ikinci rübündə Aİ-də mənzillərin qiyməti əvvəlki rüblə müqayisədə 2,3 faiz, keçən ilin müvafiq dövrünə nisbətən 9,9 faiz artıb. Avrozonada mənzil qiymətləri əvvəlki rübə görə 2,3 faiz, illik müqayisədə isə 9,3 faiz bahalaşıb.
Hesabat dövründə heç bir Aİ ölkəsində mənzil qiymətləri ucuzlaşmayıb.
Qeyd edək ki, İtaliyada mənzillərin qiyməti illik müqayisədə 5,2 faiz artıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]